Lənkəranı su basdı - Video
İki gündür yağan yağış şəhərin ayrı-ayrı məhəllələrində, Səttərxan küçəsi və Akademik Zərifə Əliyeva küçəsində yerləşən həyətləri su basıb.
Şəhərə bitişik Şiləvar, Digah və digər kəndlərdə də subasmalarla müşahidə olunur. "Küçələrdə, həyətlərdə yığılan su sakinlər üçün çətinliklər yaradır: "Xəstə adamam. şəkərim var. Xəstə adam suyun üstündə uzanar? Suyun içində boğuluruq. Yol-iz yoxdu. Yol cəhənnəm. Evimin altı tamam sudu".
Əksər küçələrdə gölməçələr yaranıb. Maşınların və piyadaların hərəkəti çətinləşib. Kənd sakinləmal-qara və ev quşalarının tələf olacağından narahatdır.Sakinlər bildirir ki, artıq illərdir sözügedən problemi yaşayırlar. Yağışlı havalar başlayan kimi su axar kanallar tutulduğundan və təmizlənmədiyindən həyətləri və evləri su basır.
Düşən yağıntı aylıq normanın yarısı həcmindədir və Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsinin 50-70 santimetr yüksəlməsinə səbəb olub. Yağışlı havaların isə hələ bir neçə gün davam edəcəyi bildirilir.
AzVision.az
Teqlər: