Bərdədə 88 yaşlı kişi intihar edib

Bərdədə 88 yaşlı kişi intihar edib
  13 Oktyabr 2016    Oxunub:1763
Bərdədə intihar hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Bərdə rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə oktyabrın 12-də saat 13 radələrində rayonun Şirvanlı kəndində baş verib. Kənd sakini, 1928-ci il təvəllüdlü Eyvaz Cəbiyev özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti