Bakıda polis maşını qəzaya düşdü
Belə ki, "Hyundai" markalı avtomobil yüksək sürətlə gələrkən idarəetməni itirib. Bu zaman həmin maşın Yasamal Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilə çırpılıb.
Hadisə zamanı PPX-yə məxsus avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə dayanıbmış.
Hər iki minik vasitəsinə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. (Report)
AzVision.az
Teqlər: