Mağazanın divarını söküb oğurluq etdi

Mağazanın divarını söküb oğurluq etdi
  15 Oktyabr 2016    Oxunub:1680
Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzində oğurluq hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 14-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində qəsəbə sakini Seymur Şirinova məxsus mağazadan divarı sökməklə geyim əşyaları oğurlanıb.

Baş Mühafizə İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Aqşin Tahirov tutulub. Ondan kustar üsulla hazırlanmış bıçaq götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti