Qardaşına dolma gətirdi, içindən narkotik çıxdı

Qardaşına dolma gətirdi, içindən narkotik çıxdı
  15 Oktyabr 2016    Oxunub:2249
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinə əsasən həbsdə saxlanılan Ramazanov Sərvan Əlikram oğluna qardaşı Bərdə rayon Lək kənd sakini Ramazanov Sərxan Əlikram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik qabın içərisində olan dolmanın altında sellofana bükülərək gizlədilən, xalis çəkisi 8.328 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti