Əlibəylidə mal-qara minaya düşdü

Əlibəylidə mal-qara minaya düşdü
  17 Oktyabr 2016    Oxunub:1316
Tovuzun cəbhə kəndi Əlibəylidə sakinlərin həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanları düşmənin qurduğu tələyə düşüb.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, ötən gün dumanlı-çiskinli havada Fatma Əliyeva inəyi örüşə buraxıb, bir neçə dəqiqə sonra isə güclü partlayış səsi eşidilib.

Mal-qara sahibi heyvanların otladığı əraziyə baxış keçirəndə iribuynuzlunun minaya düşərək məhv olmasına şahidlik edib. Eyni vəziyyət bir neçə gün öncə zərərçəkənin qonşusu Sevil Hüseynovanın da başına gəlib. Kənd sakininin 3 baş iri buynuzlu heyvanı, 10-a yaxın qoyun-quzusu minaya düşüb.

Sakinlər bildirirlər ki, isti yay günlərində qəsdən yanğınlar törədən ermənilər, otlaq sahələrini yararsız hala salıb. İndi isə mal-qara qida üçün dağlıq əraziyə, düşmənin minalı sahələrinə doğru istiqamət alır ki, bu da sonda heyvanların ölümü ilə nəticələnir.

AzVision.az


Teqlər:





Xəbər lenti