Erkən qış rejiminə keçilə bilərmi? - Video
"Xəzər xəbər" məsələ ilə bağlı Azəristiliktəhcizat Açıq Səhmdar Cəmiyyətinin mövqeyini öyrənib. Qurumun abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, erkən qış rejiminə keçid birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə mümkündür. Bu qərar təkcə Azəristiliktəhcizata yox, eyni zamanda Azəriqaz və Azərişığa da şamil edilir.
Ümumilikdə isə erkən qış rejiminə keçidin əsas şərti 3 gün ard-arda sutkalıq orta temperaturun 6 dərəcədən aşağı olmasıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın tempraturu həftənin ilk günündə gündüz 9, gecə isə 7 dərəcə isti təşkil edəcək. Belə çıxır ki sutkalıq orta tempraturun 6 dərəcədən aşağı düşməsi hələ gözlənilmir.
Teqlər: