Həftəsonu ölkədə 16 qəza olub - 2 ölü, 22 yaralı

Həftəsonu ölkədə 16 qəza olub - 2 ölü, 22 yaralı
  17 Oktyabr 2016    Oxunub:2064
“Şənbə və bazar günlərində Respublikanın avtomobil yollarında 16 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 22 nəfər isə yaralanıb”.
Bu barədə AzVision.az–a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

DYP rəsmisi qeyd edib ki, ölüm hadisəsi baş verən yol-nəqliyyat hadisələri Bərdə və Abşeron rayonlarında qeydə alınıb.

“Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verən hadisə zamanı avtomobil 1965-ci il təvəllüdlü kişi piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bərdə rayonunda baş verən qəzada isə iki avtomobil toqquşub. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti