Qəbələdə otelləri su basıb - Ciddi fəsadlar var (Fotolar)
Lil çöküntüləri və sel suları piyadaların və avtomobillərin hərəkətini çətinləşdirib. Otellərin həyəti qalın lil qatı ilə örtülüb, binaların zirzəmisinə su dolub. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda rayonda leysan yağışı davam edir.
Sel sularının yararsız hala saldığı ərazilər, eləcə də yollar, otel kompleksinin, sağlamlıq və istirahət mərkəzlərinin ərazisi qum və çınqıldan təmizlənir, yolun asfalt örtüyü su maşınları vasitəsilə yuyulur. Qəbələ-Duruca və Qəbələ-Laza yolunda nəqliyyatın hərəkətinin bərpası üçün tədbirlər görülür.
Təsərrüfatın ayrı-ayrı sahələrində baş verən fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin, eləcə də rayonun aidiyyəti qurumlarının ağır texnikası və canlı qüvvəsi təmizləmə-bərpa işlərinə cəlb olunub.(AzerTac)
AzVision.az