FHN əməkdaşlarının AzVision.az-a verdiyi məlumata görə, aramsız yağışlar nəticəsində binanın 3-cü mərtəbəsindəki balkonun beton piltələri su çəkib və nəticədə çöküb. Eyni zamanda binanın 2-ci mərtəbəsindəki balkona ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sakinlərin sözlərinə görə, uçqun olan bina köhnə olduğundan bundan öncə də belə hadisələr baş verib.
Aytən Zəhra
Foto: Hafiz
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


