İntihar etdiyi deyilən şəxs ürəyindən vurulubmuş...

İntihar etdiyi deyilən şəxs ürəyindən vurulubmuş...
  19 Oktyabr 2016    Oxunub:2918
Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi məlum olub.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Muğanlinski Teymur Fərrux oğlu oktyabrın 17-də dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Ceyhun Hacıbəyli küçəsi 2, mənzil 13-də onun sol döş qəfısinə bıçaqla xəsarət yetirilib.

T. Muğanlinskini xəstəxanaya arvadı çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Teymur Muğanlinskinin ölümü ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. daha sonra onun öldürüldüyü üzə çıxıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti