Şəkidə doğuş zamanı uşaq öldü - Video

Şəkidə doğuş zamanı uşaq öldü - Video
  19 Oktyabr 2016    Oxunub:2055
Şəkidə İlyasovlar ailəsinin ilk övladı doğuş zamanı dünyasını dəyişib.
AzVision.az ARB TV-yə sitinadən xəbər verir ki, dünən səhər saatlarında Şəki Regional Perinatal Mərkəzinə daxil olan İlyaslı Aidə Bəxtiyar qızı axşam saatlarında təbii doğuş həyata keçirib. Ancaq nəticə faciəvi olub, uşaq ölüb.

Xəstənin qohumu olan Rəşad İlyasov: "Hər şeyin yaxşı olduğunu dedilər. Həkimə bildirdim ki, lazımdırsa, keysəriyyə üsulu ilə götürək. Dedilər yox, yaxşıdır hər şey. İndi ortada yoxdurlar, otağa girib gizləniblər".

Xəstənin digər qohumu olan Sədaqət İlyasova isə səhər saat 06:00-dan xəstəxanada olduqlarlarını qeyd edib: "Səhər gətirdik uşağı. Artıq doğuş zamanı qapını bağlayıb bizi qovdular. Əvvəlcə göz aydınlığı verdilər ki, uşaq olub. Az sonra isə qayıdıb dedilər ki, sizə kim deyib uşaq olub? Uşağın ölü olmasını bizə bildirməyiblər".



AzVision.az


Teqlər:  





Xəbər lenti