Sərxoş kişi arvadını döyüb öldürdü - Video
Balakən rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Kainat Çobanova əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov tərəfindən qətlə yetirilib. Şübhəli şəxs qismində saxlanılan Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib.
Əşayə Somarova - mərhumun baldızı: "Mən evdə olmamışam. Söz-söhbət hamımızın arasında da olurdu. Elə bir şeylər olmuşdu. Ən çox istədiyimiz gəlinimiz idi. Sakit, yaxşı xasiyyətli biri idi. Heç vaxt xətrimizə dəymirdi".
Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.
AzVision.az