Aparat rəhbərinin evindəki partlayışın görüntüləri - Video
İlkin məlumata görə, partlayışa səbəb qaz sızmasıdır. Evin yaxınlığında çəkilən yeni qaz xəttindən sızma nəticəsində qaz mənzilin zirzəmisinə dolub. 44 yaşlı Şəbruz Məmmədovanın işığı yandırması ilə partlayış baş verib. 2 mərtəbəli yaşayış evi tamamilə dağılıb.
Hadisə yerində hüquq mühafizə orqanları araşdırmalara başlayıb.
Xatırladaq ki, Müşfiq Qurbanov “Azəravtoyol” ASC-nin Aparat rəhbəridir.
AzVision.az