Samuxda ev partladı, yaralılar var - Video
Hər iki yaralı ilk olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Daha sonra isə vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Bakıdakı Respublika Yanıq Mərkəzinə göndəriliblər. Hadisə zamanı evdə daha 4 nəfər - Naçar İsmayılovun gəlini və 3 azyaşlı nəvəsi olsa da xoşbəxtlikdən onlar xəsarət almayıb.
Zərərçəkən: "Elə gördüm ki, yanır. Qızlarım burada yatır, oğlum da yanımda. Yoldaşım da işdə idi. Uşaqları oyatdım ki, durun ev yanır. Toru cırıb uşaqları çölə atdım. Əmimoğlu gəldi uşaqları məhlədən götürdü. Özüm də hələ çıxa bilmədim. Qapını alov qoymurdu açam. Birtəhər özümü çölə atdım". Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
AzVision.az