Xaçmazda şərab zavodunda partlayış olub
“Azərşərab-İ” MMC-nin qazanxanasında təzyiqin yüksək olmasından partlayış olub. Nəticədə qazanın buxar çıxan hissəsi qoparaq təxminən 50 metr kənarda yerləşən şəhər sakini Adil Cəbrayılova məxsus fındıq emalı sexinin damına düşərək onu yarasız hala salıb. Xəsarət alan olmayıb.
AzVision.az