Qubada ağır yol qəzası: 1 ölü, 5 yaralı

Qubada ağır yol qəzası: 1 ölü, 5 yaralı
  22 Oktyabr 2016    Oxunub:2425
Oktyabrın 21-də saat 01 radələrində Quba rayonunun Vladimirovka kəndində rayon sakini Habil Muradovun idarə etdiyi “VAZ-2106” və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qəzada B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti