Astara sakini özünü güllələyib
Ova gedən kənd sakini, 57 yaşlı Sadir Həbib oğlu Rəhimovun meyiti yaxınları tərəfindən evlərinə yaxın ərazidə aşkarlanıb. Dərhal hadisə barədə rayonun hüquq-mühafizə orqanları məlumatlandırılıb. S. Rəhimovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. İlkin müayinə zamanı mərhumun döş qəfəsinin yuxarı 1/3 hissəsində odlu silah yarası olduğu təsdiqini tapıb.
İlkin versiyaya görə, S. Rəhimovun ölümünə odlu silahla ehtiyatsız davranması səbəb olub. Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır. (Apa)
AzVision.az
Teqlər: