Qar və yağış bölgələrdə ciddi fəsadlar törədib - Video
Eyni zamanda yağan yağışlar nəticəsində Şamaxı - İsmayıllı bölgəsində sürüşmələr aktiv şəkildə özünü büruzə verir. Daha bir magistral yolda baş verən sürüşmə bu dəfə 4 kəndin gediş-gəlişini çətinə salıb. Sözügedən avtomobil yolu 4 kəndi şəhər mərkəzi ilə birləşdirən yeganə yoldur. Bəzi nöqtələrdə yolun hərəkət zolağı tamamilə dağılıb. 4 sürüşmə nöqtəsinin sonuncu dayanacağı Hacılı kəndinin yaxınlığında yerləşir. Sürücülər avtomobil yolundan istifadədə çətinlik çəkdiklərini bildirirlər. Şamaxı-Qızmeydan yolu iki il öncə istifadəyə verilib .
Lerik rayonunda külək və şaxta ilə müşaiyyət olunan qarın yağması nəticəsində ağaclar aşıb. Elektrik və rabitə xətləri sıradan çıxıb. Gecə saatlarından etibarən bir sıra kəndlərdə işıq kəsilib, rabitə xətləri qırılıb. Rayon ərazisində kəndlərin çoxu işıqsızdır.(ARB)
AzVision.az