Bakıda avtobus 73 yaşlı qadını vurub
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər kəllə-beyin travması alan Simuzər Məmmədovanı vəziyyətinin ağır olduğunu bildiriblər. Sürücü polis əməkdaşları tərəfindən dindirilib. Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.
Faktla əlaqədar araşdırmalar davam edir.
AzVision.az