Villası partlayan aparat rəhbəri Türkiyədə vəfat etdi
O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.
Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.
M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.
AzVision.az