Bakıda yağış, rayonlara qar yağacaq
Atmosfer təzyiqi normadan yüksək - 772 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək. Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
AzVision.az
Teqlər: