Lerikdə dağ uçqunu olub - Fotolar
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a bildirib ki, dərhal əraziyə "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətinə addımlar atılır. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub. Hazırda digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atılır.
Anar Kəlbiyev
AzVision.az