19 yaşlı gənc özünü bıçaqladı

19 yaşlı gənc özünü bıçaqladı
  31 Oktyabr 2016    Oxunub:1827
Göygöl rayon sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Rayonun Gəncə qəsəbə sakini 1997-ci il təvəllüdlü Elməddin Bayramov qarının kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

O dərhal əməliyyat olunub. Vəziyyətinin orta aır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, E. Bayramov özü özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti