Yaşayış binasında yanğın olub

Yaşayış binasında yanğın olub
  31 Oktyabr 2016    Oxunub:1629
Bakıda yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti