Bərdədə ailənin 14-cü uşağı olub
Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: “13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum əqrəbanın, dost-tanışın yanında utandırdılar”.
Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.
Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.
AzVision.az