Mənzildə qadın meyiti tapılıb

Mənzildə qadın meyiti tapılıb
  01 Noyabr 2016    Oxunub:1369
Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Kilisova Aqasiya İlariovnnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti