Qohumları anası öldürülən 3 uşaqdan imtina etdi
T.İbrahimova bildirib ki, yaxın qohumları uşaqlardan imtina edib, səbəb kimi vəziyyətlərinin yaxşı olmadığını qeyd ediblər.
“Uşaqlar çox güman ki, dövlət himayəsinə veriləcək. Bununla bağlı işlər aparılır. Qohumlar uşaqlardan imtina edir. Nənə, baba və digər qohumları vəziyyətlərinin yaxşı olmadığını deyərək uşaqlardan üz döndəriblər. İndi həmin uşaqların sənədləri hazırlanır və onlar dövlət himayəsinə veriləcəklər”.
Qeyd edək ki, bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətil hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə az yaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: