İsmayıllıda ağır qəza: Gəlin və qayınana öldü (Yenilənib)

İsmayıllıda ağır qəza: Gəlin və qayınana öldü (Yenilənib)
  05 Noyabr 2016    Oxunub:21955
İsmayıllı rayonunda baş verən qəzanın təffərüatları məlum olub.
Belə ki, Bakının Xətai rayon sakini 1976-cı il təvəllüdlü Salmanov Samir Cümşüd oğlunun idarə etdiyi 99-FH-679 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarə etməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Samir Salmanov və qızı 2001-ci il təvəllüdlü Salmanova Rəhimə Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı sürücünün həyat yoldaşı 1980-ci il təvəllüdlü Salmanova Elnarə Xəlil qızı və anası 1948-cı il təvəllüdlü Amaliya Salmanova aldıqları ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Məlumata görə, ailə üzvləri bu gün keçiriləcək Nar bayramında iştirak etmək üçün Bakıdan Göyçay rayonuna gedirdilər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(APA)

**

İsmayıllı rayonunda yol nəqliyyat hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, hadisə Bakı-İsmayıllı yolunun Basqal qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü, bir nəfərin yaralandığı bildirilir.

***

Qəza nəticəsində ölən şəxslərin qayınana və gəlin olduğu məlum olub. Adları hələlik açıqlanmayan şəxslərin İsmayıllıya qonaq gələrkən qəzaya düşdüyü deyilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti