Hacıqabulda 17 yaşlı qız anasını döyərək öldürüb
T. Babayevanın aldığı xəsarətlərdən ötən gecə qardaşının evində öldüyü qeyd edilir. Hazırda meyit müayinə edilmək üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib.
Ölən qadının qardaşı Günəş Həsənov iddia edir ki, bacısı qızı tərəfindən döyülmə nəticəsində ölüb. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.
Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır. (Apa)
AzVision.az