Rusiyadakı partlayışda azərbaycanlı ata və oğul yaralanıb
Qəzetin yazdığına görə, Ələsgərovla ailəsi 20 il bundan qabaq Azərbaycandan İvanovoya gəlib. Onların tanışı Vahid İbadovun bildirib ki, ailənin başçısı yaşadıqları evin yaxınlığındakı ərzaq mağazasında çalışır: "Həyat yoldaşı isə evdar qadındır. Onların 21 yaşlı Elvin adlı oğlu var. Partlayış baş verən zaman partlayışın dalğası Elvini pəncərədən həyətə tullayıb. Valideynləri isə içəridə qalıb. Lakin onları dağıntılar altından çıxartdılar və xəstəxanaya çatdırdılar. Baxmayaraq ki, vəziyyətləri ağırdır, deyilənə görə, onların həyatına heç bir təhlükə yoxdur. Bilmirəm ki, niyə bir sıra KİV-lər Elvinin anasının öldüyünü yazır. Biz günorta xəstəxanada idik, həkimlər bizə belə söz demədilər”.
Qeyd edək ki, noyabrın 6-da gecə saatlarında Rusiyanın İvanovo şəhərində yaşayış binasında güclü partlayış baş verib. Nəticədə 6 nəfər ölüb, 8 nəfər yaralanıb. (Apa)
AzVision.az
Teqlər: