Jurnalistin pulunu oğurlayan şəxs tapıldı
Səbail rayonu, 9-cu polis bölməsinin əməkdaşlarının vaxtında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1993-cü il təvəllüdlü, Şəmkir rayon sakini Rüstəmov Cavid Asif oğlu Gəncə şəhərində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma gedir.
Qeyd edək ki, evindən oğurluq olunan jurnalist Məcidov Mircəlal Əlislam oğlu Femida.az hüquq portalının əməkdaşıdır.
AzVision.az