Uşaqların yarıdan çoxu ana südü ilə qidalanmır

Uşaqların yarıdan çoxu ana südü ilə qidalanmır
  08 Noyabr 2016    Oxunub:1596
Ötən il 3 aya qədər 90 min 300 körpə ana südü ilə qidalanıb. Həmin körpələrdən 63 min 900-ü isə yalnız ana südü qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 6 aya qədər ana südü ilə qidalanan körpələrin sayı 2015-ci ildə 73 min 700 nəfər olub. 1 yaşına qədər 17 min 200, 2 yaşına qədər isə 8 min 800 körpəyə ana südü ilə qidalandırılıb.

2014-cü illə müqayisədə ana südü ilə qidalandırılan körpələrin sayında azalma var. Belə ki, 2014-cü ildə 3 aya qədər 93 min 200,, 6 aya qədər 77 min 500, 1 yaşa qədər 60 min 100, 2 yaşa qədər 11 min 300 köprpə ana südü ilə qidalandırılıb.
Ölkənin baş pediatrı Nəsib Quliyev Azərbaycanda anaların körpələri ana südü ilə qidalandırma faizlərinin aşağı olmasından gileylənib. Bildirib ki, hazırda ana südü ilə qidalanma Bakıda 48-50 faiz, bölgələrdə isə 50-55 faiz təşkil edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti