Şamaxıda sürüşmə təhlükəsi - Video
Sakinlərin sözlərinə görə, sürüşmə bir həftədir ki, fasiləsiz davam edir. 3 evin təhlükədə olduğu bildirilir. Torpaq qatı sürüşərək dərəyə doğru istiqamət alıb. Bir həyətyanı sahə tamamilə uçub. Yararsız hala düşmüş torpaq qatının altından qrunt suları çıxır. Torpaq sürşməsinin baş verdiyi ərazidə eni 30 sm, uzunu isə 50-60 sm olan yarğanlar meydana gəlib. Artıq sürüşmə evlərə doğru hərkət edir.
Ev sahibi Rafiq Abıyevin sözlərinə görə isə, indiyədək bu ərazidə sürüşmə baş verməyib: "1967-ci ildən burada yaşayıram. Hələ belə sürüşmə görməmişəm".
Sürüşmə son iki daha da aktivləşib. Artıq evlərdə də çatlar yaranıb. Mövcud problemlə bağlı sakinlər lazımi qurumlara məlumat veriblər.
AzVision.az