Goranboyda 3 otaqlı ev yanıb

Goranboyda 3 otaqlı ev yanıb
  10 Noyabr 2016    Oxunub:1299
Goranboyda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Nizami kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti