Paytaxt əhalisinin 8 %-i kirayədə yaşayır

Paytaxt əhalisinin 8 %-i kirayədə yaşayır
  10 Noyabr 2016    Oxunub:1925
ACT Azərbaycan 11-14 sentyabr tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.
AzVision.az xəbər verir ki, Bakı əhalisinin 86 %-i öz şəxsi mənzilində yaşayır. Sorğuda iştirak etmiş respondentlərin 8 %-i isə kirayədə yaşadığını bildirib. Dost-tanış evində sığınacaq tapanlar sorğuda 3 % təşkil edib. Eyni faiz göstəricisi ipoteka yolu ilə mənzil sahibi olanlara da aiddir.

Kirayə mənzildə yaşayan respondentlərin 59 %-i aylıq əsasən 200-400 AZN ödəniş edir. 31 % respondentin kirayə haqqı üçün ayırdığı vəsait 200 AZN-ə qədərdir. 400-600 AZN arası kirayə haqqı ödəyənlər sorğuda 2 % təşkil edib.

Qeyd edək ki, sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti