`Günəşli`nin yaxınlığında meyit tapılıb

`Günəşli`nin yaxınlığında meyit tapılıb
  11 Noyabr 2016    Oxunub:2778
Xəzərin "Dərinsulu Günəşli" platformasının yaxınlığında sudan meyit çıxarılıb.
"BP-Azerbaijan" şirkətindən AzVision.az-a verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, "Dərinsulu Günəşli" platformasının yaxınlığında dəniz dibindən meyit çıxarılıb.

Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Xatırladaq ki, noyabrın 8-i səhər saatlarında Xəzərin "Dərinsulu Günəşli" platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti