Ötən il 9 378 uşaq ailəsiz qalıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ümumillikdə qeydə alınan 12 764 boşanmadan 6 950-si övladsız olub.
Bakı şəhərində 18 yaşadək övladı olanlar arasında boşanmaların sayı 4 253 olub. Bəzi rayonlarda bu rəqəm yüksək sayda qeydə alınıb. Tovuz rayonunda 291, Şəmkirdə 227, Xaçmazda 218, Füzulidə 190, Ağdamda 367, Kəlbəcərdə 168, Laçında 116, Şəki şəhərində 210 boşanma qeydə alınıb.
Xızı (14), Yardımlı (20), Lerik (37) Qax (42) və Daşkəsən (51) rayonlarında boşanmların sayı daha az qeydə alınıb.
AzVision.az
Teqlər: