Maşın 2 piyadanı vurub, univermağa çırpıldı - Video
Hərəkətdə olan "Hundai Sonata" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolu keçən iki piyadanı vurub. Daha sonra isə yoldan çıxaraq Mərkəzi Univermağın birinci mərtəbəsində yerləşən mağazalardan birinə çırpılıb. Qəza nəticəsində xəsarət alan kişi və qadın xəstəxanaya aparılıb. Avtomobilə və obyektə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (ARB TV)
AzVision.az