Bakıda 25 yaşlı oğlan intihar edib

Bakıda 25 yaşlı oğlan intihar edib
  14 Noyabr 2016    Oxunub:1235
Bakıda intihar hadisəsi baş verib.
Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Gəncə prospekti 103 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən doqquz mərtəbəli binanın birinci mərtəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Elvin İlqar oğlu Hüseynov özünü evin eyvanındakı dəmir barmaqlıqlardan asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti