Bu il 257 piyadanı maşın vuraraq öldürüb

Bu il 257 piyadanı maşın vuraraq öldürüb
  14 Noyabr 2016    Oxunub:1314
2016-ci ilin 10 ayı ərzində respublika ərazisində qeydə alınan 1677 yol-nəqliyyat hadisəsindən 41,8%-ni (702) piyadaların vurulması təşkil edib.
Bu barədə AzVision.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, nəticədə 257 piyada ölüb, 516 nəfər xəsarət alıb.

Qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə ölüb, 165 nəfərsə xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 14, xəsarət alanların sayı isə 8 nəfər azalıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti