Sumqayıtda yanğın olub

Sumqayıtda yanğın olub
  16 Noyabr 2016    Oxunub:1386
Sumqayıtda yaşayış binasında yanğın baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib.

Nəticədə pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti