Usta işlədiyi evdən 70 minlik qızıl oğurlayıb
Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu PB-yə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.
Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


