Tərtərdə ev yanıb

Tərtərdə ev yanıb
  19 Noyabr 2016    Oxunub:1531
Tərtər rayonunda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tərtər rayonu, Bəyimsarov kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 30 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti