İşbazların növbəti fırıldağı: Müəllimlər belə `tor`a salınır (Video)
![İşbazların növbəti fırıldağı: Müəllimlər belə `tor`a salınır (Video) İşbazların növbəti fırıldağı: Müəllimlər belə `tor`a salınır (Video)](https://azvision.az/photos/isbazlar muallim.jpg)
Onların imtahanda uğur qazanmaq üçün hər yola baş vuracaqlarını bildiklərindən, pul qazanmaq həvəsinə düşüblər. Saytda, sistemə daxil olmaq, yəni onlayn sınaqdan keçmək üçün hesabı artırmaq şərt kimi qoyulub. İstifadəçi bütün bölmələrdən yararlanmaq üçün bir aylıq 3 manat ödəməlidir.
Lətafət Abdullayeva, bir neçə dəfə onların tələsinə düşüb. Hər dəfə də balansından pul silinib.
Təhsil Nazirliyi isə belə fırıldaqlara alət olmamaq üçün xəbərdarlıq edir. Nazirlikdən verilən məlumata görə, tədrisin keyfiyyətini yüksəltmək üçün müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından keçmələri vacib hesab olunur. Bu məqsədlə də nazirliyin rəsmi saytında həm forma, həm də məzmun etibarilə diaqnostik qiymətləndirmə imtahanına uyğunlaşdırılan testlər mövcuddur. Müəllimlər, heç bir ödəniş etmədən sadəcə qeydiyyatdan keçərək bu xidmətdən yararlana bilərlər. Müxtəlif saytlarda yerləşdirilən belə test suallarına nazirlik cavabdeh olmadığından, həqiqəti əks etdirməyə bilər.
AzVision.az
Teqlər: