Sumqayıtda ağır qəza: sürücü öldü

Sumqayıtda ağır qəza: sürücü öldü
  20 Noyabr 2016    Oxunub:1659
Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində “RENAULT” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:58-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti