Sürücü yanaraq öldü - 3 yaralı (Video)

Sürücü yanaraq öldü - 3 yaralı (Video)
  21 Noyabr 2016    Oxunub:2078
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.azARB Kəpəz xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“Kamaz” markalı yük maşını eyni istiqamətdə yol kənarında dayanan “Mercedes” markalı minik avtomobilinə arxadan çırpılıb. Qəza nəticəsində, nasaz maşını düzəltmək üçün yerdə olan sürücüsü - Kəlbəcər sakini, 34 yaşlı Murad Nəzərov hadisə yerində dünyasını dəyişib. “Mercedes”ın sərnişinləri - Kəlbəcər rayon sakinləri 30 yaşlı Rövşən Şahnəzərov, 40 yaşlı Aftandil Şahverdiyev və 8 yaşlı Azad Nəzərov Goranboy Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər. Zərbədən sonra minik avtomobili yanıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti