Quzey Kıbrıs QHT-ləri ilə əlaqələr müzakirə edilib
Görüşdə Azərbaycan QHT-ləri ilə Quzey Kıprısın qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi,Türk Dünyasının ortaq maraqları və ictimai sektorun bu sahəyə verə biləcəyi töhfələr müzakirə edilib.
Görüşdə həmçinin cari ilin oktyabr ayında Quzey Kıbrısda keçirilmiş I Türk Dünyası Gənclik Forumunun nəticələri haqqında da fikir mübadiləsi aparılıb. QHT-lərin dünyada artan gücü fonunda Türk dünyasının ictimai təşkilatları arasında da əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Teqlər: