Cavid Qurbanov jurnalisti rəis təyin etdi

Cavid Qurbanov jurnalisti rəis təyin etdi
  30 Noyabr 2016    Oxunub:3136
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində yenilik baş verib.
AzVision.az-ın Avtosfer.az-a istinadən verdiyi məlumata görə, QSC sədri Cavid Qurbanovun əmri ilə qurumun Mətbuat Katibliyi ləğv edilib. Onun əvəzində isə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib. İndiyədək Mətbuat Katibliyinin rəhbəri olmuş Nadir Əzməmmədov isə İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı təyin edilib.

Sözügedən yeniliklərlə bağlı məlumatı QSC-dən təsdiq ediblər.

Qeyd edək ki, Sevinc Qədirova bundan əvvəl ANS və Lider telekanallarında işləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti