Şəmkirdə ağır qəza: 8 nəfər yaralanıb
Ukrayna vətəndaşının həyat yoldaşı Yevgeniya Kaçkov, övladları 11 yaşlı Milana və 8 yaşlı Gelb, eləcə də VAZ-da olanlar, Şəmkir rayon Kür qəsəbə sakinləri – sürücü 67 yaşlı Ziyad Əkbərov, 51 yaşlı Zəminə Zeynalova, oğlu 25 yaşlı Ülvi Zeynalov, qohumları 27 yaşlı Turanə Əliyeva və 49 yaşlı Zümrüd Zeynalova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstənaxasına çatdırılıb.
VAZ-ın sürücü və sərnişinlərinin xəsarəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdiriliblər. Fakt Baş DYP İdarəsinin istintaq və tədqiqat şöbəsində araşdırılır.
AzVision.az
Teqlər: